Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb. Bununla əlaqədar 17 mart 2016-cı il tarixdə gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.