“Bu qüvvələr Azərbaycanı həzm edə bilmir” - Millət vəkili

“Bu qüvvələr Azərbaycanı həzm edə bilmir” -  Millət vəkili

"Son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası siyasi müstəqilliyini qoruyan ölkəmizin beynəlxalq arenada artan nüfuzuna xələl gətirməyə hesablanıb”. 

Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu açıqlamasında millət vəkili Fuad Muradov bildirib. Deputat qeyd edib ki, özlərini “beynəlxalq araşdırmaçı təşkilatlar” kimi təqdim edən, lakin əslində bəzi qüvvələr tərəfindən idarə olunan qurumlar ölkəmizə qarşı aparılan qara piarda aktivlik nümayiş etdirirlər. 

“Buna səbəb isə Azərbaycanın  qlobal məsələlərdə bu qüvvələrin maraqlarına deyil, vətəndaşlarımızın mövqeyini qorumasına xidmət etməsidir.  Eyni zamanda guya ölkəmizdə  “insan haqlarının pozulmasını”  qabardan bu qüvvələr Azərbaycanın heç kimin diqtə və şərtləri ilə siyasət aparmadığını həzm edə bilmir”.

F. Muradov onu da əlavə edib ki, Azərbaycan cəmiyyəti dünyada gedən prosesləri izləyir və ona öz qiymətini verməyi bacarır. “Bu gün Azərbaycan vətəndaşı ölkəmizn ərazi bötövlüyü məsələsində vəhdət  mövqe nümayiş etdirir və kimlərinsə qarayaxma kampaniyasına deyil Qarabağın azad olunması istiqamətindəki addımlara daha çox diqqət yetirir.”

Xəbər 558 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR