Bu qidalar yaşlanmağı ləngidir

Bu qidalar yaşlanmağı ləngidir

Cavan qalmaq hər bir qadının arzusudur. Amma hələlik elə bir sehrli aparat yoxdur ki, onu qadının dərisinə toxundurduqdan sonra istənilən nəticəni əldə etmək mümkün olsun. Baxmayaraq ki, alimlər, ixtiraçılar qadın dərisinin cavan saxlanılması üçün müxtəlif aparatlar ixtira etməkdə davam edirlər, möcüzə hələ baş verməyib.

Aktual.az gecce.az-a istinadən cavan qalmağın təbii yollarını təqdim edir:

Əvvəla, onu qeyd edək ki, genetik faktorlar insanın xarici görünüşünə, onun cavan qalıb-qalmamasına əhəmiyyətli dərəcədə təsir göstərir. Amma əlbəttə ki, siqaret çəkmək, spirtli içkilər istifadə etmək genlə ötürülən ən yaxşı faktorları belə məhv etməyə qadirdir. Həmçinin zərərli vərdişlər, düzgün qidalanmamaq da bu məsələdə öz sözünü deyir. Qeyri-sağlam həyat tərzi orqanizmdə sərbəst radikalların hərəkətinə təkan verir. Sərbəst radikalların hüceyrələri toxumaların məhvinə səbəb olur ki, bununla da qocalma prosesi başlanır. Amma müasir dövrdə aparılan elmi tədqiqatlardan məlum olub ki, biz nəinki bu prosesin qarşısını ala bilərik, həmçinin dağıdılmış toxumaların bərpasına nail olmaq mümkündür.

Qadınların zədələnmiş hüceyrələrinin bərpası üçün vitaminlər vacibdir. Bunun üçün menyunuzu vitaminlərlə zənginləşdirməlisiniz. İnanın ki, vitaminlər nəinki daxili orqanların fəaliyyətini, həm də xarici görünüşünüzü yaxşı istiqamətə dəyişməyə qadirdir. Məsələn, A vitamini dəriyə, saçlara, əsəb və immun sisteminə müsbət təsir göstərməklə yanaşı, görmə qabiliyyətini də yaxşılaşdırır. Qaraciyər, süd, yerkökü, ərik, şirin qırmızı bibər, yemiş A vitamini ilə zəngindir.

C vitamini hüceyrələri ziyanlı ultrabənövşəyi şüalardan, aqressiv molekullardan qorumağa qadirdir. C vitamini sağlam diş arzusunda olanlar və damaq ətinin tez-tez qanamasından şikayət edənlər üçün də böyük əhəmiyyətə malikdir. Bundan başqa, bu vitamin orqanizmdə dəmirin mənimsənilməsini də asanlaşdırır. Qeyd edək ki, C vitamini sitrus meyvələrdə, kartofda, pomidorda, şirin bibərdə, turş kələmdə var.

B qrup vitaminləri ətdə, paxlalı bitkilərdə, qozda, pivə mayasında var. B qrup vitaminləri karbohidratların, zülalların və yağların mübadiləsini yaxşılaşdırır, qanda xolesterinin miqdarını tənzimləyir. Bu vitaminin qırmızı qan hüceyrələrinin yaranmasında da rolu var.

D vitamini yağlı balıqda, yumurtada və süd məhsullarında var. Qeyd edək ki, Günəş şüası da orqanizmdə bu vitaminin sintez olunmasına yardım edir. Bu vitamin orqanizm tərəfindən kalsiumun mənimsənilməsinə yardım edir. Əsəb sisteminin stabilliyi üçün bu vitamin vacibdir.

E vitamini dənli bitkilərdə, tumda, badamda, bitki yağlarında var. Bu vitamin zədələnmiş toxumaların birləşdirilməsində böyük rola malik olmaqla yanaşı, maddələr mübadiləsini də sürətləndirir.

Dişlər, sümüklər, əsəb sisteminin normal fəaliyyəti üçün vacib olan kalsium süd məhsullarında, yaşıl bitkilərdə, paxlalılarda boldur. 

Yod qalxanvari vəzin funksiyasını və maddələr mübadiləsinin qaydasında getməsi üçün vacibdir.
Yod balıqda, bir sözlə, dəniz məhsullarında daha çox olur. İmmun sistemini gücləndirmək üçün ən yaxşı kimyəvi element selen hesab edilir. Yumurta, dəniz məhsulları, qoz selenlə zəngindir.

 
Xəbər 825 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR