Bu qidalar xoşbəxt edir!

Bu qidalar xoşbəxt edir!

Özünüzü yorğun, bitkin hiss edir və ən əsası xoşbəxt olmadığınızı düşünürsünüzsə, yediklərinizdə bir neçə dəyişiklik edərək, bu vəziyyətdən uzaqlaşa bilərsiniz. Araşdırmalara görə, bəzi qidalar, xoşbəxtlik hormonu olan serotini artırır və psixoloji durumlarla bağlı yananan problemləri həll etməyə kömək edir.

Aktual.az Qadinklubu.com-a istinadən sizə xoşbəxtlik verəcək həmin qidaları təqdim edir:

Banan

Tərkibi B6 vitamini, triptofan, dəmir, magnezium ve potasyumla zəngin olan banan, stress azaldıcı təsirə malikdir.

 Qoz

Sizə yaxşı təsir edəcək qidalar sırasında ilk yerlərdə qoz durur. Yemək aralarında atışdırdığınız qoz, stressinizi azaldar. Salatlarda da istifadə etməyiniz məsləhətdir.

Qara şokolad 

Ağlınıza şokolad gəldiyində belə, üzünüz gülürsə, qara şokolad yeyə bilərsiniz. Qara şokoladın qan dövranını yaxşılaşdırmaq, stress hormonlarını azaltmaq kimi təsirləri var.

 Göbələk

Selenyumla zəngin olan göbələk, duyğular üzərində çox əhəmiyyətli bir təsirə malikdir. Araşdırmalar göstərir ki, göbələk, depressiya, yorğunluq kimi problemlərə müsbət təsir edir. Unutmayın ki, göbələk, D vitamini ilə də zəngindir.

 Yaşıl çay

Araşdırmalar, yaşıl çayın stess azaldıcı təsirə malik olduğunu göstərir. Xoşbəxtlik və sağlamlıq üçün yaşıl çay için!

Aktual.az

Xəbər 614 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR