“Bu, təkcə mənim yox, prezidentimizin, xalqımızın, ailəmin, dostlarımın, hər birimizin qələbəsidi”. Bu sözləri apasport.az saytına I Avropa Oyunlarını qızıl medalla başa vurmuş Azərbaycan karateçisi Rafael Ağayev deyib.
Bakı-2015-də 75 kq çəki dərəcəsində mübarizə aparan karate yığmamızın lideri birinci yeri tutması ilə bağlı hisslərini bölüşüb.
O, bu qələbəni Azərbaycan xalqına həsr etdiyini söyləyib: "Ən böyük arzum olub ki, karate Olimpiya idman növləri arasına düşsün. Amma bu baş tutmayıb. Əvəzində Avropa Oyunlarında iştirak etdik. Hər kəsi öpürəm, çox xoşbəxtəm".
Aktual.az