Vergilər Nazirliyini məhkəməyə verdim və... Və ötən həftə Vergilər Nazirliyinə qarşı iddia ərizəmə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxıldı.
Hakim Əhmədov Fəqanın rəhbərliyi ilə iclas keçirildi. İclas zamanı məlum oldu ki, Vergilər Nazirliyinin müfəttişi Emin Məmmədov mənim yerimə qol çəkib. İmzanı heç olmasa mənim imzama oxşatsa dərd yarı idi. Başqa imza çəkib. Hakim soruşur ki, sizin imzanız deyil?
Deyirəm ki, ümumiyyətlə, heç oxşarlığı da yoxdur... Sonra da vergilərin müfəttişi auditimizə zəng edib deyir ki, nolardı öz boynuna götürsəydin? Evimdən oğurluq edildi. Üzərindən 8 ay vaxt ötməsinə baxmayaraq heç bir irəliləyiş yoxdur. Bir Gürcüstan vətəndaşının boynuna atmaq istədilər, amma sübut tələb etdiyim üçün məsələ havada qaldı. İndi də rəhbərlik etdiyim şirkətimdən dövlətin adından istifadə edənlər oğurluq etmək istəyirlər, amma buna imkan verməyəcəm. Bu qədər də olmaz!
Elşad Miri