Bu qadınlar səs verə bilməyəcək — MİSİRDƏ

Bu qadınlar səs verə bilməyəcək   — MİSİRDƏ
  • DÜNYA

"Açıq geyinən qadınların seçkilərdə görünməsi qaydalara ziddir"

Aktual.az  "Al-Arabiya"ya istinadən xəbər verir ki, Misir hökuməti qarşıdan gələn parlament seçkilərində açıq paltar geyinən qadınlara səs verməyi qadağan edən sərəncam imzalayıb.

Bu barədə Misirin seçki məsələləri üzrə Baş nazirin müşaviri Rifət Komsan məlumat verib.

O qeyd edib ki, ölkənin adətləri və sosial adətləri gözlənilməlidir. Onun fikrincə, açıq geyinən qadınların seçkilərdə görünməsi qaydalara ziddir.

Bundan əlavə, "Əl-Əxram" qəzetinin məlumatına görə, niqabda seçkiyə gələn qadınlara yalnız identifikasiya məqsədilə onu çıxarandan sonra səs verməyə icazə veriləcək.

Komsan bəyan edib ki, Misirdə 56 milyon nəfər seçkilərdə iştirak edəcək.

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR