Bu notariusların fəaliyyətinə xitam verilir – Rəsmi

Bu notariusların fəaliyyətinə xitam verilir – Rəsmi

"Notariat haqqında” qanuna əsasən, xüsusi notariuslara notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamə beş il müddətinə verilir. Həmin müddət bitdikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən notariusun fəaliyyəti qiymətləndirilir və fəaliyyəti müsbət qiymətləndirilmiş notariusun şəhadətnaməsinin müddəti daha beş ilə uzadılır, şəhadətnaməsinin müddəti uzadılmayan şəxslərin xüsusi notarius kimi fəaliyyətinə xitam verilir.
Aktual.az xəbər verir ki, bu barədə APA-ya Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, notariat fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün Ədliyyə Nazirliyi tərəfindən elan edilmiş müsabiqəyə əsasən bu il noyabrın 14-də test imtahanı keçirilib.
Hazırda test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada müsahibələr keçirilir. Müsahibənin nəticələrinə əsasən, uğur qazanmış namizədlər Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər və təlimin yekunlarına dair qiymətləndirmədən müvəffəqiyyətlə keçənlərə notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsi, hazırda fəaliyyət göstərməyən notariat ofislərinə notariusların təyinatının həyata keçirilməsi, eləcə də notariat ofislərinin fəaliyyətinin bərpa edilməsi məsələsinə baxılacaq.
Məlumata görə, hazırda Azərbaycanda Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ümumilikdə 156 notarius fəaliyyət göstərir.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR