Danimarka ilk dəfə olaraq ABŞ-ı potensial təhlükəsizlik təhdidi adlandırıb.
Aktual.az xəbər verir ki, bu barədə ölkənin xarici və hərbi kəşfiyyat xidmətlərinin 2025-ci il üçün hesabatlarında qeyd olunub.
Hesabatda bildirilir ki, ABŞ getdikcə öz maraqlarını prioritetləşdirir və müttəfiqləri və tərəfdaşları ilə münasibətlər də daxil olmaqla, iqtisadi və texnoloji gücündən güc aləti kimi istifadə edir.
Bununla yanaşı, Danimarka üçün əsas təhlükəsizlik təhdidi Çin və Rusiya hesab olunub.
Xəbər 53 dəfə oxunub.