Bu metronun qarşısında svetoforlar quraşdırıldı

Bu metronun qarşısında svetoforlar quraşdırıldı

Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Bəxtiyar Vahabzadə küçəsinin kəsişməsində 2 ədəd svetofora yeni piyada bölmələri quraşdırılıb.
Bu barədə Aktual.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bununla da, metronun "Elmlər Akademiyası” stansiyasından istifadə edən şəxslərin daha çox üstünlük təşkil etdiyi bu kəsişmədə piyadalar üçün təhlükəli vəziyyətin yaranmasının qarşısı alınıb.
Həmçinin Nəsimi rayonu, Asif Məhərrəmov küçəsinin Mir Cəlal küçəsi ilə kəsişməsində də 2 ədəd əlavə dirəklər olmaqla, 4 ədəd piyada svetoforu quraşdırılıb.
Xəbər 121 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR