Son tədqiqatlar qadınların məntiq testlərində kişiləri geridə qoyduğunu göstərir. Qadın və kişi beyni fərqli qabiliyyətlərə sahibdirlər.
Aktual.az atv.az-a istinadən bildirir ki, qadın dil öyrənməkdə daha qabiliyyətlidirsə, kişi riyaziyyatda daha uğurludur.
İQ testinin 100 illik tarixində qadınlar kişiləri ilk dəfə geridə qoydu. Edilən son testlər qadınların kişilərdən 5 bal daha məntiqli olduğunu ortaya çıxardı. Tədqiqatçı James Flynn Qərbi Avropa, ABŞ, Kanada, Yeni Zelandiya, Argentina və Estoniya üzərində etdiyi tədqiqatın nəticələrini "modern həyatın əlaməti" olaraq açıqladı. Qadının iş və ev həyatını birlikdə icra etməsinin beynini inkişaf etdirdiyini söylədi. Neyro-bioloq Prof. Donald W. Pfaff isə illərdir davam edən işlərin nəticəsində qadınların və kişilərin fərqli şəkildə düşünüb hiss etdiklərini ifadə etdi.
Qadın və kişi beyni bir-birindən fərqlidirmi?
Qadınlar bir şey dediklərində kişilərin başqa bir şey anladığından, ya da daha da pisi heç bir şey anlamadığından şikayət edirlər. Əslində, bu mövzuda kişiləri çox günahlandırmamaq lazımdır, çünki bu vəziyyət onların zehninin fərqli işləməsindən qaynaqlanır. Kişi və qadın beyninin həm ölçüləri, həm də xüsusiyyətləri fərqlidir. Bu səbəblə, yoldaşınız və ya sevgiliniz fərqli şeylər anladığında onlara qəzəblənməyin, beyninin necə işlədiyini anlamağa çalışın.
İki beyin arasında nə kimi fərqlər var?
Kişi beyni qadın beyninə görə riyaziyyatda daha yaxşıdır, amma bir problemə, ya da obyektə qadından fərqli baxa bilir. Qorxu, eşqə düşmək, həddindən artıq ac olma və arzu etmə kimi bir çox duyğunun mərkəzi olan limbik sistemdəki hipotalamusun kişilərdə daha böyük olması onların seksə və şiddətə daha həssas olmalarına səbəb olur.
Qadınlar daha ağıllıdır, yoxsa kişilərmi?
İki beyin arasında sadəcə ağırlıq fərqi var. Qadın beyni kişi beyninə görə daha yüngüldür. Ağıl olaraq hər hansı bir fərq yoxdur. Ağlı müəyyənləşdirən genetik və ətraf mühit faktorlarıdır.
Qadın və kişi beyinlərinin qabiliyyətləri fərqlidirmi?
Qadın ana dilini 10 min sözdən daha çox söz istifadə edərək danışır. Çox kişilər isə dili 3 min sözlə məhdudlaşdırırlar. Bu səbəblə, qadın xarici dil öyrənməkdə daha qabiliyyətlidir. Sənət və sosial hadisələrdə daha yaradıcıdır, amma istiqamət tapmaqda və iki maşın arasına park etməkdə kişi qədər qabiliyyətli deyil. Kişi riyaziyyatda qabiliyyətlidir.
Beynin tək enerji qaynağı şəkərdir. Şəkər səviyyəsinin beyində azalmasına bağlı olaraq şüur itkisindən komaya qədər bir çox problem ola bilər. Beyni qidalandıran və xəstəliklərdən qoruyan qidalar isə bunlardır:
B vitamini: Bu vitamin ət, balıq, yağsız süd, qatıq, banan, yaşıl yarpaqlı tərəvəzlər və quru paxlalılarda vardır. Çatışmazlığında beyin və beynin əmirlərini həyata keçirən sinir sistemində müxtəlif dərəcələrdə zədə olur. Əl və ayaqlarda yanma, iynələnmə, duyğu qüsuru kimi əlamətlər ortaya çıxır.
E vitamini: Bədənimizdə depolanan bu vitaminin çatışmazlığı illərcə gizli qala bilər. Bu müddət yetkinlərdə 15-20 il, uşaqlarda isə 2-3 ildir. E vitamini kök, ispanaq, çiyələk, pomidor, tünd yaşıl yarpaqlı tərəvəzlər, yer fındığı, bitki yağları və buğda da olur. Bu vitamin hafizə və öyrənmə gücünü artırır. Çatışmazlığında isə əl və ayaqlarda duyğu qüsuru, qüvvət itkisi və balanssızlıq kimi problem yarada bilər.
A vitamini: Balıq yağı, kərə yağı, krem, pendir, yumurta sarısı, kök, kartof, brokoli, yaşıl yarpaqlı tərəvəzlər, taxıl və qaysıda var. Çatışmazlığında işıqda görmə azalarkən, çox qəbul edildikdə isə beyində maye yığıla bilər.
D vitamini: Qaraciyər, balıq, yumurta, kərə yağı və göbələkdə olur. Bu vitaminlə bədənimizin faydalana bilməsi üçün günəş işığı lazımdır. Çatışmazlığında əzələlərdə qüvvət itkisi, ağrı və balanssızlıq ola bilər.
Karbohidratlar: Un məmulatları, paxlalılar, kartof, banan və alma karbohidrat baxımından zəngin qidalardır. Beynin enerji qaynağı olan şəkər də bu qrupdandır.
Su: Xüsusilə qocalıq dövründə su qəbulunun azlığı beyin funksiyalarını zəiflədir, şüur bulanıqlığı yarada bilər.
Omeqa 3 və omeqa 6 yağ turşuları: Bu yağlar Alzheimer xəstəliyinə, baş ağrılarına və fikrin cəmlənməsi pozğunluğuna yaxşı təsir göstərir.
Zülallar: kifayət qədər zülalın qəbul edilməməsi beynin inkişafının qarşısını alır, zəkanın geriləməsinə səbəb olur.