Peru Konqresi (parlament) orduya narkotik maddələr daşımaqda şübhəli bilinən təyyarələri vurmaq səlahiyyəti verib.
Aktual.az publika.az-a istinadən xəbər verir ki, Konqresin 89 üzvünün hamısının dəstəklədiyi qanun imzalanması üçün prezident Ollanta Humala göndərilib.
Orduya eyni səlahiyyəti bundan əvvəl Perunun qonşuları Kolumbiya, Braziliya, Venesuela və Boliviya verib. Ölkədə narkotik daşıyan təyyarələrin müəyyənləşdirilməsi üçün yalnız bir radar sistemi qurulub. Mütəxəssislər hesab edirlər ki, daha üç-dörd radar sistemi qurulmalıdır.
Peru ordusunun məlumatına görə, may-avqust aylarında 222 kiçik təyyarə ilə Boliviyaya 77 ton kokain qaçırılıb. Peru 2012-ci ildən dünyanın bir nömrəli kokain istehsalçısı hesab edilir.