İqlim dəyişikliyi nəticəsində əsas kakao yetişdirən Qana və Fil dişi sahili kimi ölkələrdə kakao paxlasının məhsuldarlığı kəskin şəkildə azalıb. Həddindən artıq kakao çatışmazlığı qiymətlərin kəskin artmasına səbəb olub.
Aktual.az xəbər verir ki, 2024-cü ilin sonunda kakaonun qiyməti tarixi rekord həddə çatıb.
Son 2 ildə 1 ton kakaonun qiyməti 5 dəfədən çox artaraq 2200 dollardan 12000 dollara yüksəlib. Ekspertlərin hesablamalarına görə, yaxın 1 il ərzində şokoladın qiyməti 100 faizdən çox artacaq.
Avropa və Amerikanın iri qənnadı şirkəti artıq öz şokoladlarının qiymətini 20 faizdən çox qaldırıb və bu il qiymət artımının daha da çox olacağı istisna edilmir. Biznesin idarə olunması üçün hər bir şirkət müxtəlif tədbirlər görür. Bəziləri məhsullarının tərkibindəki kakao miqdarını azaltmağı planlaşdırır, bəziləri isə kakao məhsulları əvəzinə başqa inqrediyentlərdən istifadə edə və ya eyni qiyməti saxlaya bilsə də, şokoladın ölçüsünü azalda biləcəklərini etiraf edib.
Xəbər 81 dəfə oxunub.