"Çox xoşbəxtəm ki, medal qazanmışam. Bu medal mənim üçün çempionluğa bərabərdir". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında kumite yarışlarında 55 kq çəki dərəcəsində bürünc medal qazanmış İlahə Qasımova deyib.
Qadın idmançı Vətənində medalsız qalmadığı üçün sevindiyini dilə gətirib: "Məşqçilərimə minnətdarlığımı bildirirəm. Bir ildən artıqdır ki, məşqlər edirdik və medal qazanacağıma inanırdım. Digər idmançılarımıza uğurlar arzu edirəm".
Aktual.az