Bu maşınlar yollara buraxılmayacaq -Yol polisidən xəbərdarlıq

Bu maşınlar yollara buraxılmayacaq   -Yol polisidən xəbərdarlıq

Texniki baxışdan keçməyən, xarici görünüşü nasaz olan, şüşə silənləri işləməyən, şinləri mövsümə uyğun olmayan nəqliyyat vasitələri yol hərəkətində istismar edilə bilməz.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi və yağışın yağması ilə əlaqədar sürücülər şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməlidir.

V.Əsədov qeyd edib ki, qış mövsümü ilə əlaqadar sürücülərə bir neçə gün əvvəl edilən müraciət səmərəli olub: "Adətən belə hava şəraitlərində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri çox olur. Amma bizim əvvəlcədən verdiyimiz elan, dünənki hava şəraitinə baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayına təsir edib, yəni azalma müşahidə olunub. Bundan başqa, artıq sürücülər özləri də başa düşürlər ki, belə hava şəraitində sürət həddinə diqqət yetirilməli, normal ara məsafəsi saxlanılmalıdır".

Bölmə rəisi hava şəraitinin dəyişməsi ilə əlaqədar yollarda sürət həddinin tənzimlənməsi məsələsinə də toxunub. V.Əsədov vurğulayıb ki, yollarda sürət hava şəraitinə əsasən tənzimlənir: "Yollarda sürüşmə ehtimalı artdıqca sürət həddi minimuma endirilir. Bu da hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə edilir. Ona görə də sürücülər bu tələbi yerinə yetirməlidirlər. Onlar ən azından "Yol hərəkəti haqqında" qanunun tələbinə və öz təhlükəsizliklərini təmin etmək naminə buna əməl etməlidirlər. Heç bir sürücü yol qəzası törətmək və avtomobilinə maddi ziyanın dəyməsini istəməz. Qarlı, şaxtalı, yağışlı hava şəraitində avtomobillərin sürüşmə ehtimalı artır ki, bu zaman da peşəkarlıq səviyyəsi yüksək olan sürücülər vəziyyətdən çox məharətlə çıxırlar. Ancaq təcrübəsi az olan, ümumiyyətlə, belə hava şəraitinə uyğunlaşa bilməyən və ya uyğunlaşmayan sürücülərin hesabına maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınır".

Xəbər 667 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR