Bu maddə təhlükəli bakteriyaları 30 saniyədə məhv edir

Bu maddə təhlükəli bakteriyaları 30 saniyədə məhv edir

Sinqapurlu alimlər mikrob əleyhinə unikal maddə hazırlayıblar.
 
Bu maddə mikrobları nəinki tez bir zamanda məhv edir, həm də antibiotiklərə davamlı bakteriyaların inkişafına mane olur. İmidazol oliqomer adlı birləşməni Sinqapur Biomühəndislik və Nanotexnologiyalar İnstitutunun alimləri yaradıblar. Əldə edilmiş birləşmə cəmi 30 saniyədə E. Coli bakteriyalarının 99,7 faizini məhv edir.
 
Sinqapur alimlərinin elmi işinin nəticələri "Small" jurnalında dərc edilib.
 
Zənciri xatırladan molekulyar struktur nəticəsində imidazol oliqomerlər bakteriyanın hüceyrə membranına daxil olaraq onu dağıdır və antibiotiklərə davamlı ştamların çoxalmasına yol vermir. Maddə öz effektivliyini antibiotiklərə davamlı "Staphylococcus aureus", "Pseudomonas aeruginosa" və "Candida albicans" kimi bakteriya və göbələklərdə də göstərib. O, 2 dəqiqədən az müddətdə bu mikrobların 99,9 faizini məhv edib.
 
Yeni birləşmə triklozana - sabun və diş məcunu kimi adi gigiyenik vasitələrin tərkibindəki komponentə alternativ olaraq yaradılıb. Suda əriyən ağ toz formasında hazırlanan bu maddə evlərdə və xəstəxanalarda sterilizə məqsədilə işlədilən spirtli spreylərdə də istifadə edilə bilər. (Trend)
Xəbər 752 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR