Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 25-27 aprel tarixlərində Bakıda keçiriləcək 7-ci Qlobal Forumunda iştirak etmək üçün Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Malayziyanın xarici işlər naziri Anifah Aman, İspaniyanın xarici işlər naziri Xose Manuel Qarsia-Marqalyo və Fələstin dövlətinin xarici işlər naziri Riyad Malki Bakıya gələcək.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məluamta görə, forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi planlaşdırılır.