Yoluxucu heyvan xəstəlikləri ilə bağlı bəzi ölkələrdən Azərbaycana müvafiq malların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə
Aktual.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Litvanın Kaunas, Tauraq, Klayped, Mariyampol bölgələrində, İtaliyanın Trentino-Alto Adice regionunda, Rumıniyanın Sibiu bölgəsində, Belçikanın Valoniya regionunda, Macarıstanın Zala bölgəsində blutanq xəstəliyi, Amerika Birləşmiş Ştatlarının Minnesota ştatında, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Fermanah və Oma inzibati ərazilərində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə uyğun olaraq AQTA müvəqqəti məhdudiyyət tətbiq edib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Xəbər 50 dəfə oxunub.