Bu ölkədə müsəlman qadınlar: Bir neçə nəfərlə sevişir, evə kişi gətirir, boşananda ər ata evinə gedir - İLGİNC

Bu ölkədə müsəlman qadınlar: Bir neçə nəfərlə sevişir, evə kişi gətirir, boşananda ər ata evinə gedir  - İLGİNC

Müsəlman qadınların evlilikdən əvvəl kişi lə münasibəti normal qarşılanmır. Ancaq müsəlmanlar arasında elə bir toplum var ki, evlənməzdən əvvəl nəinki bir, hətta bir neçə kişi ilə əlaqəsi günah və ya ayıb hesab edilmir.

Cebhe.info xəbər verir ki, söhbət min ildən artıq müddətdə Şimali Afrika çöllərində yaşayan tuareqlərdən gedir. Müsəlman olsalar da, onları başqa dindaşlarından fərqləndirən çox sayda adətləri var.

Burada qadınlar ərə getməzdən əvvəl bir neçə kişi ilə əlaqədə ola bilərlər. Evlilik məsələsində də son söz qadınlarındır.

Evlilik qadının istəyi ilə başlayır və qadının istəyi ilə də bitir. Qadın evlənmək istədiyi kişidən şeir istəyir. Əgər şeir xoşuna gələrsə, o zaman evliliyə razılıq verir.

Əhalinin oxuma-yazma səviyyəsi yuxarıdır. Kişilər məktəblərdə oxuduğu halda, qadınlar əsasən ev şəraitində öyrənirlər. Burda boşanmalar çox yayılıb. Qadın istədiyi zaman boşana və ərinin bütün var-dövlətini, həmçinin uşaqlarını ala bilər.

Kişilər isə dəvələrini götürərək atası evinə qayıdır. Boşandıqdan sonra qadının ailəsi qızlarının artıq subay olduğunu bildirmək üçün ziyafət verir. Dəvə tuareq kişiləri üçün xüsusi önəm daşıyır. Buna görə də boşandıqları zaman ancaq dəvələri özlərinə götürürlər.

Tuareqlərdə soy qadınla bağlıdır. Siyasi qərarları kişilərin verdiyi düşünülsə də, əslində bütün qərarların arxasında qadın dayanır. Ailələr qızlarının həyatına müdaxilə etmirlər. Burada qızlar rahatlıqla evə sevdikləri kişilərlə bərabər gələ və gecəni bir yerdə keçirə bilələr.

Ailələr buna müdaxilə etmir. Əsas şərt həmin kişinin səhər yeməyinə qalmadan evi tərk etməsidir. Kişinin bir qadının çadırında yemək yeməsi üçün mütləq həmin qadınla bərabər olmalıdır. Əks təqdirdə bu, həmin qadına hörmətsizlik sayılır.
 
 
 
 
Aktual.az

Xəbər 31252 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR