Partiya 1998 və 2003-cü illərdə qeydiyyatdan keçib
Ölkə.Az xəbər verir ki, Qazaxıstanda "Kommunist partiyası" fəaliyyətini dayandırıb.
Müvafiq qərar Almatı şəhərinin iqtisadi məhkəməsi tərəfindən verilib.
"Qazaxıstanın Ədliyyə nazirliyi məhkəməyə "Kommunist partiyasının" ləğv edilməsi xahişi ilə müraciət edib. Yoxlamaların nəticələrinə əsasən, partiyanın fəaliyyətində qanunvericiliyin ciddi şəkildə pozulması aşkar edilib. Məhkəmənin qərarı ilə partiya ləğv olunub", - deyə məhkəmənin mətbuat xidmətindən bildirilib.
Qərar artıq qüvvəyə minib.
Qeyd edək ki, partiya 1998 və 2003-cü illərdə qeydiyyatdan keçib.
/ Aktual.az