Ötən Ramazan bayramında kütləvi iftarları qadağan edən Özbəkistan hökuməti daha bir dini yasaqla gündəmə gəlib.
Prezident İslam Kərimovun göstərişinə əsasən, paytaxtda yerləşən doğum evlərində çalışan işçilərin hicab taxması qadağan edilib. Qadağaya əməl etməyən tibb işçiləri isə işdən azad edilir. Yerli medianın məlumatına görə, Daşkənd 2 nömrəli doğum evində bir neçə həkim və tibb bacısı artıq vəzifəsindən azad edilib.
// Aktual.az