Serbiya Prezidenti Aleksandr Vuçiç Belqraddakı çadır şəhərciklərinin söküləcəyini və 2026-cı ildən kişilər üçün məcburi hərbi xidmətin bərpa olunacağını elan edib.
Aktual.az xəbər verir ki, bu barədə RTS telekanalı məlumat yayıb.
Məlumata görə, 2026-cı ildən etibarən 19-27 yaş arası kişilər iki aylıq intensiv təlim və iki həftəlik səhra təlimləri daxil olmaqla 75 gün davam edən məcburi hərbi xidmət keçəcəklər.
Qadınlar üçün xidmət könüllü olaraq qalacaq.
Xəbər 57 dəfə oxunub.