Yeni Zelandiya hökuməti əhalinin bütün qruplarına təqdim edilən imtiyazları ləğv etməyi və bunun qarşlığında bütün vətəndaşlara maaş verməyi planlaşdırır.
Aktual.az modern.az-a istinadən bildirir ki, Zelandiya vətəndaşlarına Universal Əsas Gəlir (UBİ) adı ilə tanınan gəlirin baza hissəsini ödəyən ilk inkişaf etmiş ölkə ola bilər. Həm ölkə iqtidarı, həm də müxalifət bu təklifi dəstəkləyirlər.
Ölkə müxalifətinin lideri Endryu Litl bu qanunun ölkədə sistematik işsizliyi ləğv edəcəyini və istənilən halda maaşların baza hissəsini alacaq insanların asanlıqla iş yerlərini dəyişməyə imkan verəcəyini deyib.
Qanun qəbul olunarsa, ölkədə yetkinlik yaşına çatmış istənilən vətəndaş 1800 dollar (2700 Yeni Zelandiya dolları) maaş alacaq.
Bundan öncə İsveçrə hökuməti hər bir vətəndaşına işləyib-işləməməyindən asılı olmayaraq 2500 avro maaş verməyi müzakirə edirdi.