Mayın 11-də Çexiya hökuməti ataya yeni doğulmuş uşağa görə bir həftəlik ödənişli məzuniyyət verilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Aktual.az novator.az-a istinadən bildirir ki, Çexiyanın baş naziri Boquslav Sobotka özünün Tvitter səhifəsində ailənin uşağa dəstək olmasının vacibliyini qeyd edib: "Atalıq məzuniyyətini qəbul etdik. Bu, ataya bir həftə ərzində yeni doğulmuş uşaqla qalmağa imkan verəcək".
Bir həftəlik məzuniyyət dövründə atanın əməkhaqqısının 70%-i saxlanmış olacaq. Qanun layihəsini parlament və prezident də təsdiqləməlidir.
Çexiyanın əmək və sosial məsələlər naziri Mixaela Marksova atalıq məzuniyyətinin ölkə büdcəsinə 630-800 milyon krona (26-33 milyon ABŞ dolları) başa gələcəyini deyib.