Somalidə təxminən 6,5 milyon insan şiddətli aclıqla üz-üzədir. Quraqlığın artması, münaqişələr və qlobal yardımın azalması ölkədəki humanitar böhranı daha da pisləşdirir.
Aktual.az xəbər verir ki, bu barədə BMT-nin hesabatında deyilib.
Məlumata görə, mart ayının sonuna qədər 6,5 milyon insanın böhranla və ya ərzaq təhlükəsizliyinin pisləşməsi ilə üzləşəcəyi proqnozlaşdırılır:
"2026-cı ildə 5 yaşdan kiçik 2.3 milyon uşağın kəskin qidalanma çatışmazlığından əziyyət çəkəcəyi gözlənilir”.
Xəbər 44 dəfə oxunub.