Bu ölkə Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir

Bu ölkə Türkiyə vətəndaşları üçün vizasız rejimi ləğv edir
  • DÜNYA

Monteneqro hakimiyyəti Podqoritsada yerli vətəndaşın türkiyəlilər tərəfindən yaralanması ilə bağlı hadisədən sonra bu gün Türkiyə vətəndaşları üçün vizasız rejimi təcili şəkildə ləğv edəcək.
Aktual.az xəbər verir ki, bunu Monteneqronun Baş naziri Miloyko Spayiç deyib.
"Türkiyə vətəndaşları üçün vizasız rejimin müvəqqəti olaraq ləğvi barədə təcili qərar qəbul edəcəyik. Qarşıdakı dövrdə iqtisadi fəaliyyəti və yaxşı ikitərəfli münasibətləri qorumaq üçün, əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq məqsədilə Türkiyə ilə intensiv danışıqlara başlayacağıq”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 26-sında Monteneqro polisi Podqoritsa sakinini bıçaqlayan iki Türkiyə vətəndaşını həbs edib.
Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR