Bu ölkə 2,5 milyon pişiyi məhv edəcək

Bu ölkə 2,5 milyon pişiyi məhv edəcək
  • DÜNYA

Yeni Zelandiya 2050-ci ilə qədər vəhşi pişikləri tamamilə məhv etmək qərarına gəlib və onları ölkənin qurtulmalı olduğu yırtıcılar siyahısına əlavə edib.
Aktual.az xəbər verir ki, bunu Yeni Zelandiyanın təbiəti mühafizə naziri Tama Potaka deyib.
"Hökumət tərəfindən vəhşi pişikləri öldürmək üçün nəzərdən keçirilən variantlara zəhərlənmiş kolbasa yemləri və heyvan keçərkən ağacdakı cihazdan püskürdülən xüsusi zəhər növü daxildir. Bəzi ərazilərdə vəhşi pişiklər artıq məhv edilir, lakin indi genişmiqyaslı məhv proqramları tətbiq olunacaq”, - o bildirib.
Qeyd edək ki, hazırda ölkədə 2,5 milyondan çox vəhşi pişik var.
Xəbər 45 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR