Bu ilin iyun ayında Bakı şəhərində keçiriləcək “Formula-1” yarışına hazırlıq işləri ilə əlaqədar bir neçə mərkəzi küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəetməsi Mərkəzindən məlumat verilib.
Məlumata görə, Niyazi, İstiqlaliyyət və Əziz Əliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.