Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Quba rayonunun Adur kəndində yeni körpünü istifadəyə verib.
Aktual.az AAYDA-ya istinadən xəbər verir ki, körpünün inşasını qısa müddətdə agentliyə məxsus 11 №-li xüsusi təyinatlı yol istismarı MMC həyata keçirib.
Quba rayon mərkəzindən 50 km aralıda yerləşən Adur kəndinin giriş hissəsində inşa edilən körpünün keçid hissəsinin uzunluğu 7 metr, eni isə 4 metr təşkil edir.
Körpünün istifadəyə verilməsi tədbirində AAYDA-nın və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və kollektivi, həmçinin Adur kənd sakinləri iştirak edib.
Xəbər 138 dəfə oxunub.