Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti "Arpaçay sağ sahil" və "Arpaçay sol sahil" magistral kanallarının yenidən qurulması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Aktual.az Report-a istinadən xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalı məlumat yayıb.
Bildirilib ki, tenderin qalibi Hovers Group MMC-dir.
Qalib şirkətə 46,358 milyon manat ödəniləcək.
Xəbər 48 dəfə oxunub.