Bu İTV-yə qarşı qərəzdi

Bu İTV-yə qarşı qərəzdi

 «İctimai televiziyada aşıq musiqisinə görə pul istənilməsi barədə Məhərrəm Hüseyinlinin dedikləri böhtandan başqa bir şey deyil. Belə fikir səsləndirmək İctimai Televiziyaya qarşı qərəzdən irəli gəlir».

Bu sözləri İctimai Televiziyanın «Ozan məclisi» proqramının aparıcısı Qorxmaz Tofiqoğlu bildirib. Onun sözlərinə görə, İTV-ni aşıq sənətinə qarşı ittiham etmək düzgün deyil: «Heç kəs deyə bilməz ki, İTV-də pul verib efirə çıxıb. Çünki belə hal mümkün deyil. Hətta adı çəkilən Məhərrəm Hüseynlinin özü belə proqramımızın qonağı olub.

Milli mədəniyyətin təbliği İTV-nin qanunla müəyyən edilən vəzifəsidir və bu işin öhdəsindən də layiqincə gəlinir.

Məhərrəm Hüseynliyə görə, Azərbaycanda ustad aşıq yoxdur. Dediklərini oxusaq, buna şahid olarıq: «Hər kəs bilir ki, aşıqların ala-babat olanları dünyasını dəyişib. İndikilərin də əksəriyyəti gəncdir, tək saz-solo ifaçısıdır». Ustadları ala-babat adlandırmaq nə dərəcədə etikdir? Belə fikir sahibinin İTV-ni ittiham etməyə haqqı çatırmı?

İctimai Televiziyanın efirində hər zaman milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində proqramlar yayımlanır. Belə proqramlardan biri də çoxsaylı tamaşaçının rəğbətini qazanmış «Ozan məclisi»dir. İTV onlarla ustad sənətkarın həyat və yaradıcılığından bəhs edən verilişlər hazırlayıb və belə proqramlarda tanınmış sənət adamları, ziyalılar iştirak edib».

Q.Tofiqoğlu onu da deyib ki, İTV xalqın maraqlarına xidmət edən, fəaliyyətində bunu əsas tutan kanaldır və mədəniyyətimizi də yüksək səviyyədə, təmənnasız təbliğ edir.

Xəbər 416 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR