Bu, İran üçün böyük fəlakət olacaq

Bu, İran üçün böyük fəlakət olacaq
  • DÜNYA

Hazırda ölkədə əhali artımının azalması narahatedici səviyyədədir və bu tendensiya davam edərsə, gələcək 80 ildə ölkə əhalisinin sayı 40 milyon nəfərdən aşağı düşəcək, bu isə böyük fəlakət deməkdir.
Aktual.az xəbər verir ki, bunu İranın daxili işlər naziri İsgəndər Mömüni deyib.
O, dövlət qurumlarını vətəndaşların, xüsusən gənclərin maarifləndirməsi və ailə quraraq uşaq dünyaya gətirmələri üçün proqramlar hazırlamağa çağırıb:
"İlk növbədə əhalinin azalması prosesinin qarşısını almalı, ikinci mərhələdə isə cəmiyyətin artımına çalışmalıyıq”.
Qeyd edək ki, səhiyyə nazirinin müavini Əlireia Rəisi bildirib ki, 30 ildən sonra İran əhalisinin üçdə birini qocalar təşkil edəcək, 70 ildən sonra isə əhalinin sayı 50 milyondan aşağı düşəcək.
Xəbər 77 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR