Bu insanlar üçün sosial şəbəkələr təhlükəlidir —Xəbərdarlıq

Bu insanlar üçün sosial şəbəkələr təhlükəlidir    —Xəbərdarlıq
  • DÜNYA

Yalnız ziyan vura bilər

Aktual.az Ölkə.Az-a istinadən xəbər verir ki, Yeni Zelandiya alimləri sosial şəbəkələrin müəyyən xasiyyətə malik insanlar üçün daşıdığı təhlükədən danışıblar.

Alimlər 18 yaşdan yuxarı 6428 nəfərin iştirakı ilə araşdırma apararaq müəyyən ediblər, introvertlər maksimum dərəcədə sosial şəbəkələrdən uzaq durmalıdırlar. Onların sözlərinə görə, sosial şəbəkələr ilk dövrlərdə bir dəqiqə də olsun ünsiyyətsiz qala bilməyənlər üçün hazırlanıb. Yəni ki, ekstravertlər üçün sosial şəbəkələr zəruridir.

Ancaq özünəqapanmış şəxslərə sosial şəbəkələr yalnız ziyan vura bilər.

Qeyd edək ki, introvertlər cəmiyyətdən qaçan, adamlar arasında uzun müddət qaldıqda bundan yorğunluq keçirən, tək, müstəqil fəaliyyət göstərməyi xoşlayan insanlardır.

Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR