Bu ilin sonunadək dünya əhalisinin 50 faizi internetə çıxışa malik olacaq

Bu ilin sonunadək dünya əhalisinin 50 faizi internetə çıxışa malik olacaq
  • DÜNYA

2016-cı ilin sonuna dünya əhalisinin demək olar ki, yarısı internetə çıxış imkanına malik olacaq. Bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) hesabatında bildirilir.

Ekspertlərin hesablamalarına görə, inkişaf etmiş ölkələrdə sakinlərin təxminən 80 faizi, inkişaf etməkdə olan ölkələrdə 40 faizi, az inkişaf etmiş ölkələrdə isə 15 faizdən az hissəsi internetdən istifadə edirlər.

Aktual.az AZƏRTAC-a istinadən xəbər verir ki, dünyada internetdən istifadə edənlərin sayı 47 faiz təşkil edir, 2020-ci ilə bu göstərici 60 faizə yaxınlaşacaq. BTİ-nin proqnozuna görə, 2016-cı ilin sonuna 3,5 milyard insan internetə çıxışa malik olacaq.

Hesabatda deyilir ki, 2016-cı ildə insanlar internetə daxil olmur, çünki onlar daima internetdədir. "3G” və "4G” şəbəkələrinin geniş yayılması daha çox insanın internetdən istifadəsinə imkan yaradıb.
 
Aktual.az
Xəbər 453 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR