Bu ilin yanvar-iyun aylarında 193 çoxmərtəbəli binaya təbii qaz verilib.
Bu barədə Aktual.az SOCAR-ın saytına istinadən xəbər verir.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2016-cı ilin yanvar-iyun aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 193 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Həmin binalarda ümumilikdə 7214 ailə yaşayır.
“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.