2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,1% təşkil edib. Bu isə ötən aya nisbətən 0,8 faiz bəndi azdır.
Aktual.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə, bu ilin 11 ayında ölkədə 113 milyard 282,4 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb.
ÜDM istehsalının 37,1 faizi sənaye, 10,0 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,2 faizi tikinti, 6,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 11104,2 manata bərabər olub.
Xəbər 199 dəfə oxunub.