Dərs ili sentyabrın 15-də başlayacaq.
Bu il ümumi təhsil müəssisələrində “Son zəng” tədbirinin keçiriləcəyi vaxt açıqlanıb.
Aktual.az xəbər verir ki, Təhsil Nazirliyindən Report-a verilən məlumata görə, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.
“Bununla əlaqədar, “Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək”, - deyə nazirlikdən bildirilib.