2018 Yer kürəsi səthinin istiliyinin ölçülməsi və qeydə alınmasıdan bəri tarixin ən isti 4-cü ili olub.
Aktual.az xəbər verir ki, "Berkley Earth" qurumu tərəfindən açıqlanan hesabatda 2018-ci ildə Yerin səthinin ortalama istiliyinin 14,96 dərəcə olduğu bildirilib.
Bu göstərici 1850-1900-cu illər arasında ortalama istilikdən 2,09 dərəcə çoxdur.
"Berkley Earth" mütəxəssisləri bildirir ki, 2016, 2017, 2015 və 2018-ci illər tarixin ən isti dövrləri kimi qeydə alınıb. 2016-cı il "Əl Nino" qasırğasına görə ən isti il olub.
Hesabatda qeyd edilib ki, 2018-ci ildə istiliyin dərəcəsi qısa müddətlik düşsə də, ümumi göstəricilər qlobal istiləşmənin başlandığını siqnal verir. Qurumun mütəxəssislərinin fikrincə, 2019 əvvəlki ilə nisbətən daha isti keçəcək. Lakin 2016-cı ildəki rekordun qırılması gözlənilmir.
ABŞ Federal Milli Okean və Atmosfer İdarəsi ilə Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) hər il bir öncəki ilin hava temperaturunun ortalama statistikasını açıqlayırdı. Ancaq bu qurumlar hazırda federal hökumətin bağlı olması səbəbilə sözügedən bilgiləri hələ ki, yayımlamayıb. (publika.az)
Xəbər 1120 dəfə oxunub.