Bu il magistraturaya qəbul olan 11 gəncə hərbi xidmətdən möhlət hüququ veriləcək

Bu il magistraturaya qəbul olan 11 gəncə hərbi xidmətdən möhlət hüququ veriləcək

Bu il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturasına 56 nəfər qəbul olunub.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi Əminağa Sadıqov bildirib ki, onlardan 45-i qız, 11-i isə oğlandır.
Onun sözlərinə görə, bu il AMEA-nın magistraturalarına qəbul olmaq üçün 607 nəfər ərizə verib, rəqabət yüksək olub: “Bu da təxminən 1 yerə 10 nəfər deməkdir. Cari tədris ili üçün AMEA-nın magistratura pilləsində 15 ixtisas üzrə yer ayrılıb. Magistraturaya daxil olmaq istəyənlər daha çox dəqiq elmlərə və mühəndis ixtisaslarına üstünlük veriblər.
Qəbul olunanların böyük əksəriyyəti 100-dən artıq bal toplayanlardır. Ən böyük müsabiqə kompyuter elmlərində, fizika, kimya, molekulyar biologiya, biotexnologiya və fiziologiya ixtisaslarında olub. Ən yüksək -134 bal toplayan riyaziyyat ixtisasına qəbul olunub. Bütövlükdə qəbul uğurlu keçib və AMEA-nın magistraturasına maraq böyük olub".
Ə.Sadıqov qeyd edib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda edilən  dəyişikliklərə əsasən, bu il AMEA-nın magistraturalarına qəbul olan 11 oğlana hərbi xidmətdən möhlət hüququ veriləcək.
Xəbər 312 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR