Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 34 634,6 min ton neft nəql edilib.
"Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, nəqletmənin 81,6%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və bu ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 28 256,9 min ton neft ötürülüb.
Dövr ərzində Bakı-Tbilisi-Ceyhan kəməri ilə 5 465,4 min ton tranzit nefti də nəql edilib.
Aktual.az
Xəbər 549 dəfə oxunub.