"Bu il İranda edam olunanların sayı mindən çox ola bilər"

  • DÜNYA

Ötən il İranda 753 nəfər edam olunub, bu il isə onların sayı min nəfərdən çox ola bilər.

Aktual.az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Əhməd Şahid bildirib.

Onun sözlərinə görə, hər il İranda başqa ölkələrlə müqayisədə ölüm hökmlərinin icrasında artım müşahidə edilir: "Bu halların çoxunda bir qayda olaraq beynəlxalq hüquq pozulur".

BMT-nin məlumatına əsasən, bu ilin birinci yarısında edam edilənlərin 69 faizi narkotik maddələrlə bağlı olub: "Bəziləri "facebook" və başqa sosial şəbəkələrdəki yazılarına görə dar ağacından asılıblar".

Əhməd Şahid İran hakimiyyətini ciddi cinayətlər istisna olmaqla, edam hökmlərinin icrasına moratorium tətbiq etməyə çağırıb.  

Aktual.az

Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR