Səudiyyə Ərəbistanı rəhbərliyi bu il Həcc ziyarətinə gedəcək zəvvarların sayını artırmaq niyyətindədir. Zəvvar sayının əlavə 800 min artırılaraq 2,6 milyona qədər çatdırılması planlaşdırılır.
Aktual.az-ın istipress-ə istinadla verdiyi məlumatına görə, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Adil bin Zeyd ət-Tarifi məlumat verib.
Həcc işləri üzrə nazirlikdən verilən məlumatda qeyd edilir ki, bu il onlar əlavə 800 min artıq zəvvar qəbul edə biləcəklər. Bu isə əsas məscid olan Məscidül-Həramın sahəsinin böyüdülməsi ilə bağlı aparılan beş illik məhdudiyyətin aradan qaldırılmasından sonra mümkün olacaq.
Aktual.az
Xəbər 440 dəfə oxunub.