Bu ilin yanvar-aprel aylarında banklara məxsus 9 filial bağlanıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistik məlumatlarda bildirilir ki, yanvar ayından mayın 1-dək bankların ümumilikdə 9 filialı fəaliyyətini dayandırıb.
Belə ki, əgər bu ilin yanvarın 1-nə ölkədə bankların filiallarının sayı 569 olubsa, aprelin sonunda bu göstərici 560-a qədər azalıb.
Bundan fərqli olaraq, hesabat dövründə bank şöbələrinin sayında cüzi artım qeydə alınıb. Əgər bu ilin yanvarın 1-dək 131 bank şöbəsi fəaliyyət göstəribsə, apreldə şöbələrin sayı 140-a yüksəlib.
Hesabat dövründə bankomatların sayında da artım qeydə alınıb. Belə ki, son dörd ayda ATM-lərin sayı 32 ədəd artaraq 2493-ə yüksəlib.
Qeyd edək ki, cari ilin 4 ayında ölkədə 32 bank fəaliyyət göstərib.
Aktual.az
Xəbər 377 dəfə oxunub.