Bu il Azərbaycanda 88 minə yaxın yeni iş yeri açılıb

Bu il Azərbaycanda 88 minə yaxın yeni iş yeri açılıb

Regionların sosial-iqtisadi inkişafına istiqamətlənmiş üçüncü Dövlət Proqramının icrasını əhatə edən 01 yanvar 2014-cü ildən 01 oktyabr 2015-ci il tarixinə qədər olan dövr ərzində ümumilikdə 215,2 min olmaqla 172,7 min daimi iş yerləri yaradılıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ilin yanvar-sentyabr ayları ərzində isə ölkədə 87,9 min yeni, o cümlədən 67,6 min daimi iş yerləri açılıb. Bu dövrdə yaradılmış iş yerlərinin 73,6%-i qeyri-dövlət sektorunda açılıb.

Yeni iş yerlərinin 65,4%-i regionların, o cümlədən 19,5%-i Aran, 12,3%-i Gəncə-Qazax, 7,1%-i Abşeron, 6,8%-i Lənkəran, 4,8%-i Şəki-Zaqatala, 4,1%-i Quba-Xaçmaz, 3,9%-i Dağlıq Şirvan, 3,2%-i Yuxarı Qarabağ, 2,9%-i Naxçıvan, 0,8%-i isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Daimi iş yerlərinin 12,4%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 10,5%-i mövcud müəssisə və təşkilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 76,4%-i isə fərdi sahibkarlıq subyektləri tərəfindən açılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış daimi iş yerlərinin 20,4%-i tikinti, 14,9%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,6%-i emal sənayesi, 5,8%-i dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 5,8%-i peşə, elmi və texniki fəaliyyət, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 4,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,3%-i təhsil, 3,0%-i maliyyə və sığorta fəaliyyəti sahələri üzrə, 24,1%-i isə digər fəaliyyətlər üzrə ixtisaslaşmış müəssisə və təşkilatlarda açılıb.

Xəbər 539 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR