Bu il Azərbaycanda 848 nəfər qidadan zəhərlənib - 2 nəfər dünyasını dəyişib

Bu il Azərbaycanda 848 nəfər qidadan zəhərlənib - 2 nəfər dünyasını dəyişib

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 848 nəfər qidadan zəhərlənib, 2 nəfər isə dünyasını dəyişib.

Aktual.az  xəbər verir ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, ötən müddətdə 573 qida zəhərlənməsi hadisəsi baş verib.

Hadisələrdən 33-ü botulizmlə bağlı olub ki, onun da nəticəsində 46 nəfər zəhərlənib. Botulizm nətiəsində 2 ölüm baş verib.

Bu ilin noyabr ayında Azərbaycanda 26 qida zəhərlənməsi baş verib, bu hadisələrdən 31 nəfər zərər çəkib. Noyabr ayında 3 botulizm hadisəsi baş verib ki, bundan da 9 nəfər zəhərlənib. Noyabr ayında Bərdədə 1 nəfər pomidor turşusundan zəhərlənərək dünyasını dəyişib.
 
v
Xəbər 466 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR