Bu il Azərbaycana gətirilən avtomobillərin sayı 55% azalıb

Bu il Azərbaycana gətirilən avtomobillərin sayı 55% azalıb

Dövlət Gömrük Komitəsi məlumat yaydı.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 25 647 ədəd avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 157 avtomobil və 54,8% azdır.

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilib.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 803 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 22 746 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 871 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 227 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Xatırladaq ki, ötən ilin yanvar-noyabr aylarında ölkəyə 56 804 avtomobil idxal olunmuşdu.

Xəbər 491 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR