Bu il Aşura bayramdan bir gün əvvələ düşür

Bu il Aşura bayramdan bir gün əvvələ düşür

Azərbaycanda 2026-cı ildə Məhərrəm ayının başlanma və əsas günləri açıqlanıb.

Belə ki, hicri-qəməri təqvimin ilk ayı olan Məhərrəm bu il iyunun 16-da başlayacaq. Bu ay İslam dünyasında matəm və anım dövrü kimi xüsusi əhəmiyyət daşıyır.

Məhərrəmin ən mühüm günü sayılan Aşura isə iyunun 25-nə ( 26 iyun Azərbaycanda silahlı qüvvələr günüdür - red )təsadüf edəcək. Bu tarix İmam Hüseyn və onunla birlikdə Kərbəla faciəsi zamanı şəhid olanların xatirəsinin anıldığı gündür.

Qeyd edək ki, Məhərrəm ayı 2026-cı ildə iyulun 15-də başa çatacaq. Bu müddət ərzində müxtəlif dini mərasimlər keçirilir, xüsusilə Aşura günü fərqli şəkildə qeyd olunur.(metbuat.az)

Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR