Bu il 89325 şagird məktəbə əlvida deyəcək

Bu il 89325 şagird məktəbə əlvida deyəcək

2015-2016-cı tədris ilində ümumtəhsil məktəblərinin IX və XI siniflərini bitirəcək şagirdlərin sayı açıqlanıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, bu tədris ilində 89325 şagird XI sinifi başa vuracaq. Onlardan 39643-i qız, 49682-i isə oğlandır.

Həmçinin, bildirilib ki, 2015-2016-cı tədris ilində IX sinif üzrə 111217 şagird təhsil alır ki, bunlardan 51010 nəfəri qız, 60207 nəfəri oğlandır.

Məlumata əsasən Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamna¬məsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də başa çatacaq.

Bununla əlaqədar olaraq, “Son zəng" tədbirləri iyunun 14-də keçiriləcək.

Hər il olduğu kimi, bu il də “Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək.

Xəbər 351 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR