Bu il 165 uşaq övladlığa veriləcək

Bu il 165 uşaq övladlığa veriləcək

2026-cı ildə 240 valideyn himayəsindən məhrum olmuş uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub.
Aktual.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov bu gün Bakıda Sosial Xidmətlər Agentliyinin 2025-ci ilin yekunlarına və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, eyni zamanda bu il 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılır:
"Bu məqsədlə valideyn himayəsindən məhrum olmuş daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Eyni zamanda 2026-cı ildə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır”.

Xəbər 54 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR