Diyet saxlayarkən xüsusilə sağlamlığımıza ziyan verməyəcək üsullardan faydalanmağa üstünlük veririk.
Bu içki həm sağlamlığınızı, həm da ideal çəkidə qalmağınızı təmin etməklə yanaşı, digər faydalı tərəfləri ilə də seçilənlər sırasındadır.
Belə ki, bu qarışımın tərkibindəki mineral və vitaminlər dərinin gözəlləşməsinə, saç və dırnaqların mökəmlənməsinə, eyni zamanda da bağırsaqların işini sürətləndirməsi nəticəsində qəbizliyin qarşısının alınmasında olduqca faydalıdır. Hər gün səhər yeməyi əvəzinə yeyəcəyiniz bu qarışım nəticəsində qısa müddətdə artıq çəkilərinizin azalmasının şahidi olacaqsınız.
Tərkibi:
2 x/qaşığı yulaf
1 ç/qaşığı kakao
5-7 ədəd gavalı
100 ml isti su
1 x/qaşığı kətan toxumu yağı
1 st kefir və va yağsız qatıq
Hazırlanması:
• 10-15 dəqiqə qaynar suda gavalıları isladın.
• Ayrı qabda kakao, kətan toxumu yağı və yulafı qarışdırın.
• Qatığı da əlavə edib qarışdırın.
• Qara gavalını və qalan ərzaqları da əlavə edərək qarışdırın.
• Hazırladığınız qarışımı soyuducuda saxlayın
Səhər yeməyi əvəzinə bu qarışımı yeyin. Həm sağlam həm də vitaminli bu qarışım sizin üçün ideal bir qida olacaqdır. Bir neçə gün ərzində nəticələrini görəcəksiniz. İlk əvvəl orqanizminizdə bir qədər narahatlıqlar hiss edə bilərsiniz. Narahat olmayın qısa zamanda özünüzü daha rahat hiss edəcəksiniz.(qadinklubu.com)